“Absheron” hotelində təlim keçiriləcək. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Saat 15:00-da FHN tərəfindən “JW Marriott Absheron” hotelində “İctimai obyektlərdə baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda təlim keçiriləcək.
Təlimə nazirliyin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.