Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində Fövqəladə Hallar Nazirliyi (FHN) bulvarda fəaliyyət göstərən attraksionlara baxış keçirib. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az nazirliyə istinadən məlumat verir.
Verilən məlumata görə, nazirlik əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı əyləncə avadanlıqlarında heç bir nöqsan aşkar edilməyib, attraksionlar təhlükəsizlik tələblərinə tam cavab verir.
Bildirilir ki, bulvardakı attraksionlar mütəmadi olaraq texniki baxışdan keçirilir və onların istismarı zamanı fəhlə və texniki işçilərin və mühəndislərin bilik səviyyəsi yoxlanılır.
[caption id="attachment_124957" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]