Suraxanı rayonunda qumbara aşkarlanıb. Bu haqda 1 iyun tarixində APA məlumat verib.
Zığ qəsəbəsi ərazisində döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası aşkar olunub. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu ərazidəki insanları təhlükəsiz məsafəyə uzaqlaşdırıb və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.
Sursat çevik qrupun mütəxəssisləri tərəfindən ərazidən götürülüb və zərərsizləşdirilib.