Tanınmış alim Aydın Ələkbərov dünyasını dəyişib. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az İqtisadiyyat.az-a istinadən xəbər verir.
Filologiya elmləri doktoru professor Aydın Ələkbərov 93 yaşında vəfat edib.
Alim 1930-cu ilin dekabrında anadan olub. O, Azәrbaycan Dövlәt Universitetini (indiki BDU) bitirib. Daha sonra Uzun illər AMEA-nın Dilçilik İnstitutunda elmi işçi, elmi katib, böyük vә baş elmi işçi, eləcə də şöbә müdiri vəzifələrində işləyib.
Həmçinin A.Ələkbərov M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) prorektor, kafedra müdiri vәzifәlәrindә çalışıb.