“Formula 1”də könüllü kimi iştirak etmək istəyənlərin sayı açıqlanıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir.
Qurumdan verilən məlumata əsasən, qeydiyyat başlayandan 24 saat sonra artıq 6000 nəfər müraciət etmişdir. Proqram çərçivəsində 9000-dən artıq gənc könüllü olmaq üçün qeydiyyatdan keçib.
Azərbaycan Qran-prisi üçün təxminən 1500 könüllü seçiləcək. Müraciət sayı nəzərə alınaraq, BŞH əməkdaşları gün ərzində 100-dən çox müsahibə keçirirlər.
Azərbaycan Qran-prisi 28-30 aprel 2023-cü il tarixlərində təşkil olunacaq.