Formula 1-i izləmək üçün 2000 qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verilib. Bu haqda 10 iyun tarixində APA məlumat verib.
Vətən müharibəsi şəhidləri və qazilərinin ailələrinə Formula 1 üzrə Azərbaycan Qran Prisini izləmək üçün xüsusi dəvət göndərilib. Onlar yarışı Azneft tribunasındakı yerlərdən izləyə biləcəklər. Layihə çərçivəsində 2000 nəfərin həmin tribunadan Formula 1-ə tamaşa etməsi planlaşdırılır.
Bu gün start götürən “Formula 1” Azərbaycan Qran Prisində əsas yarış iyunun 12-də baş tutacaq.