Fransanın Bakıdakı səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az səfirliyə istinadən xəbər verir.
Fransanın Azərbaycandakı səfirliyi Xocalıda baş verən faciəvi hadisələrin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Bu haqda diplomatik nümayəndəlik öz “X” hesabında paylaşım edib.
“Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının kədərinə şərikik. Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olması üçün çalışmaq lazımdır”, – deyə paylaşımda qeyd edilib.
Bu gün #Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik.
Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olması üçün çalışmaq lazimdir. pic.twitter.com/JEHl1WtrOX
— France en Azerbaïdjan 🇫🇷🇪🇺 (@FranceBakou) February 26, 2024