Metropoliten gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Braqa” matçı ilə əlaqədar metro 1 saat artıq işləyəcək.
22 fevral tarixindən 23 fevrala keçən gecə metropoliten 01:00-a qədər fəaliyyət göstərəcək.
Həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, stansiyalarda bir sıra tədbirlər görüləcək.