“Azərsu” ASC Bakıdakı yağıntılarla bağlı açıqlama verib. Bu haqda bu gün, 10 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qurum güclü yağışların olacağını gözləyridi və buna hazır idi.
“Baxmayaraq ki, bizim kanalizasiya infrastrukturumuz tam işlək, pik vəziyyətdə idi, xətlər həm yağış, həm də tullantı sularını eyni anda daşıya bilməyib. Nəticədə bəzi küçələrdə su yığılıb. Ancaq yağış dayanandan qısa müddət sonra suların hamısı çəkilib”, - deyə o əlavə edib.
Qurumdan qeyd edilib ki, bütün sukanal idarələri axşam saatlarından iş başında idi.