Növbəti ilin yanvar ayının 21-dən etibarən daha bir Rusiya şəhərindən Bakıya birbaşa reyslər həyata keçiriləcək. Bu haqda BakuPlus 29 dekabr tarixində xəbər verir.
“Azimut” aviaşirkəti Rostov-Dondan Bakıya birbaşa aviareys üzrə uçuşlara başlayacaq. Reyslər həftədə bir dəfə olmaqla cümə günləri səhər saat 08:00-da yerinə yetiriləcək.
2 saat 10 dəqiqə davam edən səyahətinizi Rusiya istehsalı olan SSJ-100 təyyarələrində həyata keçirəcəksiniz.