Bakıda teatra yeni status verilib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına “milli” statusu verilib. Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Həmçinin Gəncə Dövlət Teatrına da eyni status verilib.
“Yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər 2 teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq”, – deyə Mədəniyyət Nazirliyindən bildirilib.