Moskvadan Gəncəyə uçan təyyarə Bakıda eniş edib. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus “J2-5829” nömrəli hava gəmisinin kapitanı “Vnukovo” hava limanından Gəncəyə uçan zaman Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş etmək qərarı verib. Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.
Buna səbəb Gəncə hava limanının ətrafında duman olması olub.