Gənclər və İdman Nazirliyində müxtəlif vəzifələrdə çalışmış Qiyas Nəcəfov vəfat edib. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az nazirliyin idarə rəisi Nəcəf Novruzova istinadən məlumat verir.
Verilən məlumata görə, Nəcəfov ürəktutmadan dünyasını dəyişib.
Qiyas Nəcəfovun son dəfə 8 saylı Uşaq-Gənclər İdman Məktəbində direktor vəzifəsini icra edib.
Daha öncə o, Respublika Bədən Tərbiyəsi Mərkəzinin və Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində çalışmışdı.