top
Gün ərzində nə qədər piyada gəzmək lazımdır? - Səhiyyə Nazirliyinin mütəxəssisi  açıqladı
23 dekabr 2025, 15:00
- ↺ +

Gün ərzində nə qədər piyada gəzmək lazımdır? - Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Gündəlik piyada hərəkəti insan sağlamlığının sadə, amma ən güclü qoruyucu vasitələrindən biridir. Ürək-damar sistemi, dayaq-hərəkət aparatı, həm də psixoloji vəziyyət üçün piyada gəzməyin təsirləri uzun illərdir elmi araşdırmalarla sübut olunub".

Bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində fizioterapevt- reabilitoloq Aytən Musayeva açıqlayıb.

Onun sözlərinə görə, son illərdə ekspertlər artıq "nə qədər çox gəzsən, o qədər yaxşıdır" prinsipi əvəzinə daha dəqiq və fərdiləşdirilmiş çərçivələr təqdim edirlər:

"Çünki hər insanın yaşına, fiziki hazırlığına, xroniki xəstəliklərinə, hamiləlik vəziyyətinə uyğun ideal məhdudiyyətləri və imkanları var. Gün ərzində piyada gəzməyin ümumi qəbul olunan norması 6 000 – 8 000 addım və ya təxminən 30–45 dəqiqə fasiləsiz və ya bölünmüş gəzinti hesab olunur. Bu rəqəm Ümumdünya Səhiyyə Təşkilatının minimal aktivlik qaydalarına uyğundur və oturaq həyat tərzi keçirən insanlar üçün sağlamlıq risklərini ciddi şəkildə azaldır. Lakin burada vacib məqam var: fiziki aktivlik "hamıya eyni" qaydada tətbiq olunmur. Yaşlılarda 6 000 addım artıq ideal həddi təmin edir, lakin gənc və sağlam insanlar üçün 8 000 – 10 000 addım daha yaxşı nəticə verir. Gün ərzində çox gəzən, lakin digər fiziki aktivliyi olmayan insanlarda isə təkcə piyada gəzmək oynaqların yükünü artırıb bel və diz ağrılarına səbəb ola bilər. Ona görə də gəzinti həmişə əzələ gücləndirmə və dartınma hərəkətləri ilə tamamlanmalıdır".

A.Musayeva bildirib ki, hamilə qadınlar üçün piyada gəzmək xüsusi əhəmiyyət daşıyır:

"Hamiləlik dövründə qan dövranı yüklənir, metabolizm yüksəlir və çanaq-bağ aparatında relaksin hormonunun təsiri ilə boşalma baş verir. Bu səbəbdən uzun müddətli və sürətli gəzinti qasıq və bel nahiyəsində əlavə gərginlik yarada bilər. Bu dövrdə həkimlər ümumilikdə 5 000 – 7 000 addım, yəni 20–30 dəqiqəlik gəzintini təhlükəsiz hesab edirlər. Hamiləliyin riskli olduğu hallarda (qəhvəyi axıntı, qarın gərginləşməsi, təzyiq dəyişməsi) gəzinti mütləq məhdudlaşdırılmalıdır.

Fizioloji ritmə görə gəzinti ən çox səhər saatlarında 10:00–12:00 arası və günorta yeməyindən 40–60 dəqiqə sonra edilən piyada aktivliyi qan şəkərini balanslaşdırır və şişkinliyin qarşısını alır. Axşam saatlarında isə yüngül 15 dəqiqəlik gəzinti yuxu keyfiyyətini artırır. Sürət də önəmlidir: çox sürətli və nəfəs darlığı ilə yürüş gündəlik sağlamlıq üçün yox, artıq idman məşqinə keçir və hər kəs üçün uyğun deyil. Orta sürətli, rahat nəfəs alınan temp optimaldır".

Fizioterapevt qeyd edib ki, əgər insanda aktiv oynaq iltihabı, bel yırtığı kəskinləşməsi, kəskin tromboflebit, təzyiqin qeyri-stabilliyi və ya hamiləlikdə qarın dartınması varsa, uzun məsafələr zərər verə bilər:

"Həddinə qədər gəzinti güc və enerji verir, ancaq həddindən artıq gəzinti əks təsir yaradır: yorğunluq, əzələ spazmı, topuq şişməsi, diz oynaqlarında yüklənmə və ayaq altı fassiyanın qıcıqlanması. Nəticə olaraq, gündəlik piyada aktivliyi nə qədər düzgün planlanır və şəxsin öz bədəninin imkanlarına uyğunlaşdırılır, bir o qədər də sağlamlıq üçün dəyərli olur. Gəzintinin məqsədi bədəni cəzalandırmaq yox, onu hərəkət vasitəsilə gücləndirməkdir. İnsan öz orqanizmini dinlədikcə və imkanlarını anlayaraq hərəkət rejimini tənzimlədikcə piyada gəzmək təkcə fiziki sağlamlıq deyil, psixoloji rahatlıq üçün də ən sadə və təsirli vasitəyə çevrilir".

Son xəbərlər

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Oxşar xəbərlər