Məhbus olan vətəndaşlar da səsvermə hüquqlarından istifadə edirlər. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az xəbər verir.
Ədliyyə Nazirliyi Pentensiar Xidmət üzrə 13 seçki dairəsini əhatə edən 27 seçki məntəqəsi təşkil olunub.
Qadın məhkumların saxlanıldıqları 4 saylı cəzaçəkmə müəssisəsinin məhkumları 29 saylı Sabunçu seçki dairəsinin 41 saylı seçki məntəqəsində səs verirlər. Məntəqə üzrə 532 qadın məhkum qeydiyyatdadır.
Bakı İstintaq Təcridxanasında olan məhbuslar isə 29 saylı Sabunçu seçki dairəsinin 38, 39, 40 saylı məntəqələrində səs verirlər.
Adıçəkilən məntəqələrdə ümumilikdə 4872 məhkum qeydiyyatdan keçib. Onlardan 1469-a yaxın məhkum artıq səs verib.
[URIS id=128935]