Milli Hidrometeorologiya Xidmətinə istinadən, dekabrın 25-i axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Həmçinin paytaxt ərazisində arabir yağış yağacağı, bəzi yerlərdə qar yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq əhalidən diqqətli olmaları, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etmələri və güclü küləyin yaratdığı təhlükələrdən qorunmaq üçün qəti zərurət olmadıqca küçəyə çıxmamaları məsləhət görülür.