Hökümət Evi təmir olunacaq. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Təmir-bərpa işləri çərçivəsində 575 kv.m ərazidə daş və beton səthlərdən suvaq çıxarılacaq, 109 kv.m ərazidə taxta arakəsmələr, dam örtüyü söküləcək.
Bundan əlavə, 69,3 kv.m-lik, eləcə də 2,7 kv.m hissələrdə 41-60 sm çıxıntılı divar memarlıq detalları bərpa ediləcək və yenidən qurulacaq. Həmçinin gücü 4 baldan yuxarı olan küləyə qarşı əlavə tədbirlər həyata keçiriləcək.