Bakıda daha bir avtobus nağdsız ödənişə keçib. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Azərbaycanda Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
"20 Yanvar" metro stansiyasını Abşeron rayonunun Masazır qəsəbəsi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrut “BakıKart” sisteminə keçid edib.
Yenilik 17 fevral tarixindən etibarən qüvvəyə minəcək.