Sabunçu rayon Hərbi Komissarlığının sabiq zabiti həbs olunub. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə sabiq şöbə rəisi Toğrul İsgəndərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirkar həqiqi hərbi xidmətə cəlb olunmamaları müqabilində vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanmışdı.