Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları növbəti dəfə Bakıda havanın keyfiyyətinin monitorinqini keçirib. Bu haqda bu gün, 23 may tarixində Baku.ws məlumat verib.
Yoxlamalar zamanı havanın keyfiyyətinin ən pis göstəriciəri paytaxtın Nəsimi, Xətai, Nizami, Binəqədi, Nərimanov və Yasamal rayonlarında aşkar edilib. Buna səbəb sözügedən ərazilərin prospektlərində və əsas küçələrində avtomobillərin daha çox istifadə edilməsidir.
Ən yaxşı ekoloji vəziyyət isə Səbail və Xəzər rayonlarında qeydə alınıb.