Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu magistraturaya qəbul olub. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Hüseyn Məhəmmədoğlu İnstagram hesabında bu barədə yazıb:
“Şükürlər olsun ki, mən də magistraturaya qəbul oldum. Heç inanmazdım ki, 39 yaşında Azərbaycan Milli Konservatoriyasının magistr tələbəsi olacağam. Ali savadlı musiqiçi olmaq gözəldir”.