Heydər Əliyev Beynəlxalq Aeroportunda təhlükəsizlik məsələləri müzakirə edilib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hava limanında Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyanın 6-cı iclası keçirilib. Tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatı sahəsində güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyətləri iştirak edib.
Görüş çərçivəsində aeroportun sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi üçün qabaqcıl texnologiyaların və təcrübələrin tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.
İclasda aviasiya infrastrukturunun səmərəli fəaliyyətini təmin etmək məqsədilə gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının strateji istiqamətləri müəyyən edilib, aviasiya təhlükəsizliyi mədəniyyətinin geniş tətbiqinin və birgə əməkdaşlığın zəruriliyi vurğulanıb.