Şəhidlərin ailə üzvlərinin və qazilərimizin yüksək səviyyəli təlim-tədris imkanlarından yararlanması məqsədilə ödənişsiz kurslar təşkil ediləcək. Bu haqda BakuPlus.az bu gün, 4 avqust tarixində xəbər verir.
“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində şəhidlərimizin ailə üzvləri və müharibə əlilləri “İnnab Bussines School”-da “Data analitikası” və “Mühasibat uçotu” sahələrində bir il ərzində ödənişsiz kurslara cəlb ediləcək.
Müraciət edənlər arasında seçim müvafiq müəssisə tərəfindən təşkil edilən müsahibə əsasında aparılacaq.
Kurslar paytaxt ərazisində təşkil olunacaq.
İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.