Abşeron rayonunda şəhid ailələri və həssas qrupa aid olan şəxslərə ev verilib. Bu haqda bu gün, 15 oktyabr tarixində APA məlumat yayıb.
Ramana və Xocasən qəsəbələrində yerləşən yeni yaşayış komplekslərindən ümumilikdə 50 mənzil şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələrinin məzunlarına təqdim edilib.
Təqdimetmə tədbirində ƏƏSMN-nin nazir müavini Anar Kərimov iştirak edib. O, bildirib ki, bu il şəhid ailələri və müharibə əlillərinə artıq 1750-yə yaxın mənzil verilib.