Xətai rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən prosesdə verilən qərara əsasən, 24 yaşlı Əhməd Əhmədov tibbi-psixi ekspertizadan keçirilməlidir.
Yaxın günlərdə Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına köçürüləcək və müşahidə əsasında onun anlaqlı olub-olmaması ilə bağlı rəy hazırlanacaq.
15:50 - nəfəri öldürən Əhməd xəstəxanaya yerləşdirilməyib
Ailəsinin 5 üzvünü öldürən Əhməd Əhmədov xəstəxanada deyil. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bildirilir ki, 24 yaşlı gənc oğlan hazırda Bakı İstintaq Təcridxanasındadır və orada saxlanılır. Onun ekspertizadan keçməsi ilə bağlı qərarı yaxın zamanda məhkəmə verməlidir. Sonra Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına göndəriləcək və orada bir müddət müşahidə altında saxlanılacaq.
Daha öncə Əhməd Əhmədovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.