top
İdmana getmək adı ilə evdən çıxdı, dənizdə batdı
30 iyul 2026, 10:38
- ↺ +

İdmana getmək adı ilə evdən çıxdı, dənizdə batdı

Bir neçə gün öncə Mərdəkan qəsəbəsində Xəzər dənizinin nəzarətsiz ərazisində 2 yeniyetmənin batması ilə bağlı təfərrüatlar məlum olub.

Hadisə zamanı dənizdə itkin düşən 17 yaşlı Nurlan İsmayılzadənin babası deyib ki, Nurlan idmana getmək adı ilə evdən çıxıb:  

"Nurlan ailənin yeganə oğludur. 149 nömrəli məktəbi bu il bitirmişdi. Universitetin dizaynerlik fakültəsinə qəbul olunmaq istəyirdi. Evdən çıxanda anasına "idmana gedirəm" deyib, çantasına idman ləvazimatlarını yığıb gedib. Bir müddət sonra xəbər gəldi ki, sinif yoldaşı ilə birlikdə dənizdə batıb".

Məlumata görə, Nurlan İsmayılzadə sinif yoldaşı, 17 yaşlı Rahil Ağazadə ilə birlikdə çimərliyə gedib. Dənizdə çətin vəziyyətə düşən Nurlanı xilas etməyə çalışan Rahil də suda batmağa başlayıb.

Rahil Ağazadə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan komatoz vəziyyətdə çıxarılıb.

Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Nurlan İsmayılzadənin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Mənbə: teleqraf.az

Son xəbərlər

Xəbər
Bu gün, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Bu gün, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Bu gün, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Bu gün, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Bu gün, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Bu gün, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Bu gün, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Bu gün, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Bu gün, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Dünən, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Oxşar xəbərlər