Avqustun 7-dən Bakıda avtomobillərin küçə parklanması nağdsız şəkildə həyata keçirilir. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az məlumat verir.
Parkinq zonalarının ətrafında yaşayan sürücülər avtomobillərini müəyyən olunmuş yerlərdə pulsuz park edə bilərlər. Bunun üçün onlar yaşayış yeri üzrə “Fərdi parklanma talonu” almalıdırlar.
“Fərdi parklanma talonu” vətəndaşlara avtomobili müəyyən edilmiş yerdə qeyri-məhdud müddətə pulsuz saxlamağa və park etməyə imkan verir. Talonu əldə etmək üçün “Azparking” tətbiqi vasitəsilə müvafiq sorğu göndərmək mütləqdir. Talon tətbiqin "Profil" bölməsində əldə olunur.
Talon yalnız rəsmi qeydiyyat yeri üzrə verilir.