Fitnes-məşqçi Kamil Zeynallı Vətənə qayıdıb. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hava Limanında insanlar onu qarşılamaq üçün yığışıblar. O, Vətənə qayıtmağa ümidinin olmadığını, MDB ölkələri üzrə axtarışda olduğunu qeyd edib.
“Heydər Əliyev Fonduna, Prezidentin köməkçisi Anar Ələkbərova minnətdaram. Ailəmlə mütəmadi əlaqə saxlanılırdı. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və səfir Polad Bülbüloğlu başda olmaqla Rusiyadakı səfirliyimizin bütün işçilərinə təşəkkür edirəm. Onlar səhərə kimi yatmayıblar”, – deyə K.Zeynallı əlavə edib.
[video width="576" height="720" mp4="https://bakuplus.az/storage/photos/2024/02/video_2024-02-22_09-23-34.mp4"][/video]