Fitnes məşqçisi Kamil Zeynallı azadlığa buraxılıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az xəbər verir.
Tanınmış məşqçi və bloger Kamil Zeynallı həbs olunandan 1 gün sonra azadlığa buraxılıb. O, bu gün Azərbaycana qayıdacaq.
Kamil Zeynallı ötən gün Moskvadan Vətənə qayıdan zaman “Domodedovo” hava limanında saxlanılmışdı. Onu Ermənistan tərəfi beynxəlxalq axtarışa vermişdi və barəsində qətl ittihamı irəli sürülmüşdü.
Vəkilinin sözlərinə görə, Azərbaycan dövlətinin təkidi ilə Kamil Zeynallı azadlığa buraxılıb.