Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru əmr imzalayıb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az xəbər verir.
Vüqar Qurbanov özünə müşavir təyin edib. Əmrə əsasən, sözügedən vəzifə Səkinə Sadıxovaya həvalə olunub.
Qeyd edək ki, S. Sadıxova 2023-cü ilin dekabrınadək Sumqayıt Tibb Mərkəzinə rəhbərlik edib.