Milli Məclisin keçmiş deputatı Akif Şahbazov Bakıda vəfat edib. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
65 yaşında dünyasını dəyişən deputat doğulduğu Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib.
Akif Şahbazov 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.