Bakı Nəqliyyat Agentliyi (BNA) 2022-ci ildə paytaxtın müxtəlif küçə və prospektlərində 288 yeni piyada keçidi təchiz edib. Bu haqda BNA-nın mətbuat xidməti məlumat verib.
İl ərzində 12 keçiddə “Sarı döyünən işıq” quraşdırılıb, 31 piyada keçidinin işıqlandırılması təmin edilib.
Bundan başqa, piyadaların daha çox olduğu ərazilərdə, xüsusən də təhsil müəssisələrinin yaxınlığında yollarda müvafiq nişanlanma xətləri çəkilib.