“Zığ” Gəmi Təmir və Tikintisi Zavodunda “Şəki” gəmi-bərəsini təmir-bərpa işləri tamamlanıb. Bu haqda bu gün, 30 noyabr tarixində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Su nəqliyyatının baş mühərrikləri təmir olunub, üç ədəd köməkçi mühərriki yenisi ilə əvəzlənib. Həmçinin, gəmi mexanizimlərinin təmiri aparılıb. Heyətin yaşayış və xidməti otaqları yenidən qurulub.
Uzunluğu 154,47 metr, eni 18,3 metr olan gəmi sınaq yoxlamasından keçərək istismara verilib.