Bakı Kommersiya Məhkəməsi iki sahibkarın ölkədən çıxışına qadağa qoyub. Bu haqda bu gün, 10 avqust tarixində Oxu.az məlumat verib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik Bizneslə İş üzrə Baş İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə şikayət edilib.
Müraciətdə deyilir ki, iki sahibkar - Yusif Mahmudov və Pərvin Həşimovanın dövlətə borcu olması onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında fərmanın qəbulunu zəruri edib.
Hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilib. Mahmudov və Həşimovanın Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.