Kliniki Tibbi Mərkəzə 1 ay ərzində zəhərlənmə ilə bağlı neçə nəfər müraciət edib? Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Kliniki Tibbi Mərkəzə istinadən xəbər verir.
Ötən ay ərzində tibb müəssisəsinin Təcili Tibbi Yardım Şöbəsinə zəhərlənmə ilə bağlı 664 nəfər müraciət edib. Onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.
Xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman, eləcə də 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərləniblər.
Həkimlərin səylərinə baxmayaraq, 6-sı kişi, 1-i qadın olmaqla 7 nəfər həyatını itirib.