Kliniki Tibbi Mərkəz (KTM, keçmiş Semaşko xəstəxanası) vətəndaşların rahatlığı üçün yenilik tətbiq edib. Bu haqda KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
Tibb məntəqəsinin ərazisinin genişliyi və tibb binalarının müxtəlif hissələrdə yerləşdiyi nəzərə alınaraq, xəstələrin və ziyarətçilərin rahatlığı üçün məlumat lövhələri quraşdırılıb, binaların üzərinə orada yerləşən şöbələrin adları vurulub.
Onların köməyi ilə vətəndaşalar xəstəxananın müəyyən bir şöbəsini və ya binasını asanlıqla tapa bilərlər.
Məlumat lövhələri və yazılar tək Kliniki Tibbi Mərkəzdə deyil, həm də Mərkəzin tabeliyindəki digər xəstəxanalarda da quraşdırılıb.
[URIS id=54200]