Kliniki Tibbi Mərkəzə avqust ayı ərzində 889 nəfər zəhərlənmə ilə bağlı müraciət edib. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az tibb müəssisəsinə istinadən xəbər verir.
Müraciət edən şəxslərdən 164-ü toksikologiya şöbəsinə yerləşdirilib. Digərləri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Xəstəxanaya yerləşdirilən şəxslərdən 74-ü dərmandan, 26-sı sirkə turşusundan, 1-i dəm qazından, 2-si göbələkdən, 11-i etil spirtindən zəhərlənib. Həmçinin 28-ni ilan, 6-nı isə müxtəlif növ həşəratlar sancıb.
Bundan əlavə, 12 nəfər allergik reaksiyadan, 2 nəfər anafilaksiya səbəbindən, 2-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
7 nəfərin həyatını xilas etmək mümkün olmayıb.