Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə bildirib ki, Mədəniyyət Nazirliyində aparılan yoxlama zamanı nazirliyin nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə ediblər.
Əhmədzadə yoxlamanın gedişindən narazı olduğunu vurğulayıb: “Yoxlamanın gedişatı, bu qədər uzun çəkməsi və yoxlama aparan şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi səbəbindən bu gün artıq ictimaiyyətə bu barədə məlumat verməyi məqbul hesab etdik. Bu gün bununla bağlı saat 18:00-da teatrda mətbuat konfransı təşkil edəcəyik”.