Bakıda 15 yaşlı yeniyetmə oğlan itkin düşüb. Bu haqda 10 fevral tarixində Bizim.media xəbər verib.
Lökbatan qəsəbəsində dünən saat 16 radələrində dərs hazırlığına getmək məqsədilə evdən çıxan Murad Qəhrəmanov evə qayıtmayıb. Sonradan məlum olub ki, yeniyetmə hazırlığına getməyib. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər.
Onu görənlərdən və ya M.Qəhrəmanov barədə məlumatı olanlardan polisə məlumat vermələri xahiş olunur.