Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaş xilas edilib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qırmızı göldə bir nəfər vətəndaşın balıq tutarkən ehtiyatsızlıqdan suya düşməsi barədə məlumat daxil olub. Əraziyə cəlb olunan FHN-in əməkdaşları 60 yaşlı Rahil Hacıyevi xilas ediblər.
Faktla bağlı araşdırma aparılır.