Ələt Azad İqtisadi Zonasında biznes fəaliyyəti ilə məşğul olan əcnəbilərə işgüzar səfər vizası veriləcək. Bu haqda bu gün, 30 noyabr tarixində Report məlumat verir.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik təklif edilir.
İşgüzar səfər vizası ölkəyə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycanda fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəsmi müraciəti əsasında, habelə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli orqanının, inzibati qurumunun və ya hüquqi şəxsinin müraciəti əsasında Ələt Azad İqtisadi Zonasında fəaliyyət üçün veriləcək.