Bakıdan Laçın şəhərinə növbəti köç karvanı yola düşüb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu dəfə Laçına 23 ailə, yəni 72 nəfər köçürülüb.
Ümumilikdə bu günə qədər Laçın şəhərində 1627 nəfər, yəni 431 ailənin daimi məskunlaşması təmin edilib.