Bakıda və ölkə ərazisində silahların könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Fevralın 25-də paytaxtda və respublikanın müxtəlif rayonlarında polis əməkdaşları sakinlərdən avtomat silahı, 15 müxtəlif markalı tüfəng, 9 patron darağı və 293 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.