ABŞ-nin "SpaceX" şirkətinə məxsus internet xidmətləri təklif edən "Starlink" şirkəti Azərbaycanda fəaliyyətə başlayır. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az məlumat verir.
Şirkətin qeydiyyatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində öz yerini alıb.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15, mənzil 140, nizamnamə kapitalı 100 ABŞ dolları, qanuni təmsilçisi isə Lauren Ashley Dreyerdir.
"Starlink"in təsisçisi dünyaca məşhur iş adamı, ixtiraçı və "Tesla" şirkətinin sahibi İlon Maskdır.