Dünyanın ən varlı insanları Bakıya gələ bilərlər. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Gələn ilin 2-6 oktyabr tarixlərində paytaxtda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bununla əlaqədar ABŞ (NASA), Fransa (CNES), Yaponiya (JAXA), Türkiyə (TUA), eləcə də “Airbus”, “Boeing” şirkətlərindən və bir çox digər dövlətlərdən 6 mindən çox qonaq Bakıya gələcək.
Həmçinin "Amazon"un qurucusu və rəhbəri Ceff Bezos və ABŞ-nin "Space X" şirkətinin rəhbəri İlon Mask da Azərbaycana səfər edə bilərlər.