“Lotu Quli”nin yaxın adamına hökm oxunub. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsi kriminal aləmdə “Yeraz Camal” kimi tanınan Camal Həsənov barəsində hökm oxuyub. O, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2017-ci ildə Rusiyada baş verib. Təqsirkar C.Həsənov kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin oğlununun qətlində iştirak edən adamı öldürüb. O, “Lənkəranski”nin oğlunun qatilini tapmaq üçün Bakıdan Sankt-Peterburqa gedib və Cabir Həsənovu güllələyib.
Camal Həsənov 2021-ci ilin oktyabr ayında Bakıda tutulub.