Bakının Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücülər cərimələniblər. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Dövlət Yol Polisinə (DYP) istinadən xəbər verir.
Sözügedən ərazidə sürücülər dəfələrlə avtomobilləri səkilərin üzərində saxlayaraq, piyadalara maneə törədiblər. Bu məsələ ilə bağlı MİDA yaşayış kompleksinin sakinləri 050 800 09 02 WhatsApp nömrəsinə müraciət ediblər.
Nəticədə ərazidə nəzarət-profilaktiki tədbirlər keçirilib və qayda pozan sürücülər məsuliyyətə cəlb ediliblər.
DYP-nin əməkdaşları sürücülərdən səkilərdə avtomobil saxlayaraq piyadaların hərəkətinə maneə yaratmamağı tələb ediblər.