Azərbaycan Demokratik Respublikasının yaradıcısı, siyasi və dövlət xadimi M.Ə.Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.
O, gənc yaşlarından inqilabçı qrupların iştirakçısı olub, onun hüquq bərabərliyi və azadlıq tələb edən yazıları müxtəlif qəzetlərdə dərc olunub. Siyasi fəaliyyətinə görə İrana mühacirət edən Rəsulzadə orada belə inqilablarda fəal iştirak edib.
28 may 1918-ci ildə Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası Azərbaycanın istiqlalını elan edib.
II Dünya müharibəsi zamanı Münhendə gizli şəraitdə yaşayan Rəsulzadə “Azərbaycan Demokrat Birliyi” və “Türkiyə-Azərbaycan” cəmiyyətlərini yaradıb. İctimai xadim 1947-ci ildə Türkiyəyə qayıdıb və orada Azərbaycan Milli Mərkəzinin başçısı kimi çalışıb.
Məhəmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Türkiyənin Ankara şəhərində vəfat edib və Cəbəci Əsri qəbiristanlığında dəfn olunub.