Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin şikayətinə baxıb. Bu haqda bu gün, 15 dekabr tarixində Qafqazinfo məlumat verib.
Bəxtiyar Hacıyevin vəkili Aqil Layıcın sözlərinə görə, barəsindəki həbs qətimkan tədbiri dəyişdirilməyib.
Xətai rayon məhkəməsinin qərarı ilə Hacıyev 1 ay 20 gün müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin “Xuliqanlıq” və “Məhkəməyə hörmətsizlik” maddələri ilə ittiham olunur. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişə zəminində həbs edildiyi bildirilir.