İtaliyalı opera və estrada müğənnisi, dramatik tenor Alessandro Safina Bakıya gəlib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az məlumat verir.
İfaçının paytaxta səfəri onun Heydər Əliyev Fondunun təşkilatçılığı ilə əfsanəvi Azərbaycan ifaçısı, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirə gecəsində iştirakı ilə bağlıdır. Gecə avqustun 17-də Yaşıl Teatrda baş tutacaq.
Safina İnstagram sosial şəbəkəsindəki səhifəsində qarşıdan gələn konsertin məşqindən və müğənni, Azərbaycanın Xalq artisti Emin ilə görüşündən kadrlar təqdim edib.